IMG-LOGO

Muxtar Babayev: Şəhərsalmada iqlim dəyişikliklərinin nəzərə alınması vacibdir

19 May 2026 11:53 2 baxış
IMG

Şəhərsalmada iqlim dəyişikliklərinin nəzərə alınması vacibdir.

"Report" xəbər verir ki, bunu Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün dünya çox ciddi geopolitik məsələlərlə üz-üzədir:

"İqlim dəyişiklikləri də böyük əhəmiyyət kəsb edir. Dünya metrologiya təşkilatının məlumatına əsasən, hazırda ən isti günlər müşahidə olunur. Şəhərlər bu iqlim dəyişikliklərinin mərkəzindədir və bu proseslər milyonlarla insana təsir göstərir. Hesab edirik ki, 24 saatlıq ilkin xəbərdarlıq sistemi bu təsirləri 30 faizinin qarşısını alır. Kəskin isti günlər və quraqlıq 6 dəfə artıb. Ona görə də şəhərsalmada iqlim dəyişikliklərinin nəzərə alınması vacibdir".

M.Babayev bu çərçivədə meydana çıxan çətinliklərin regionda birbaşa müşahidə edildiyini vurğulayıb:

"Azərbaycanda son 25 ildə orta illik temperatur təxminən 1,1 dərəcə artıb və son dörd ildə davamlı olaraq 1,5 dərəcəni keçib. Həddindən artıq isti günlərin sayı altı dəfə artıb. Quraqlıq müddəti isə təqribən 20 faiz uzanıb".

Mənbə: report.az

Xəbər lenti