IMG-LOGO

Eskalatora ilişib öldü: kömək edən olmadı - HADİSƏ ANI

19 May 2026 11:54 2 baxış
IMG
1 0

ABŞ-ın Boston şəhərində Devis stansiyasında iki uşaq atası Stiven Makklaski eskalatorda baş verən bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisəyə müdaxilə edən olmayıb. Stiven Makklaski özünü xilas etməyə çalışıb, çarəsiz şəkildə paltosunu çıxarmağa cəhd edib. Lakin buna nail ola bilməyib. Paltosu getdikcə daha çox mexanizmə ilişdikcə boynunu sıxmağa başlayıb.

Stiven nəfəs ala bilməyib. Bir neçə dəqiqə sonra isə yerə yıxılıb. Metro əməkdaşı 20 dəqiqə sonra yaxınlaşaraq eskalatoru dayandırıb.

Xilasedicilər bildiriblər ki, kişinin kürəyinin dərisi də pillələr arasında sıxılıb qalıb. Fövqəladə xidmət əməkdaşları cəsədi çıxarmaq üçün eskalatorun bütün hərəkət zolağını sökməli olublar.

Hazırda Midlseks dairəsinin prokurorluğu hadisə ilə bağlı araşdırma aparır. Lakin mərhumun ailəsi Massaçusets Körfəzi Nəqliyyat İdarəsindən onun ölümünə görə məsuliyyəti üzərinə götürməyi tələb edib.

Hadisə eskalatora ilişib qalaraq ölən kişi

Mənbə: lent.az

Xəbər lenti