IMG-LOGO

AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb

19 May 2026 12:59 3 baxış
IMG

Kəndlər zamanla qəsəbəyə, qəsəbələr isə şəhərlərə çevrilir, bu da əhali sayında özünü göstərir.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Birgə Tədqiqat Mərkəzinin nümayəndəsi Levis Dijkstra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?" adlı müzakirədə deyib.

O Bakı haqqında təqdimatında şəhərdəki məskunlaşma prosesini göstərib.

L.Dijkstranın sözlərinə görə, şəhərin sərhədlərini dəyişməsi normal prosesdir: "Bu, coğrafi bir prosesə çevrilib. Bəzən iki şəhər birləşib bir şəhər olur, bəzən isə bir şəhər bölünərək iki və daha çox şəhər yarana bilər".

Qahirə əhalisinin 1975-ci ildən bu yana dəyişikliyinə də diqqət çəkən mütəxəssis şəhərin zamanla genişləndiyini slayd vasitəsilə nümayiş etdirib.

"Bu elə bir təəssürat yaradır ki, sanki şəhər canlıdır, o doğulur, böyüyür, yaxud da əksi, yox olur. Şəhərin zamanla böyüməsinə çox adi bir nümunə; 1975-ci ildə Cakarta şəhərində 10 nəfər adam yaşayıb. Amma bu gün? Məncə, sualın cavabı aydındır", - o vurğulayıb.

Levis Dijkstra son onillikdə şəhərlərdə əhali sıxlığının ya artdığını, ya da olduğu kimi qaldığını deyərək çıxışını yekunlaşdırıb.

Mənbə: report.az

Xəbər lenti