IMG-LOGO

Avroviziya musiqi müsabiqəsində səsvermə QALMAQALI: direktor istefa verdi

19 May 2026 13:33 4 baxış
IMG
0 0

Moldovanın “Avroviziya Musiqi Festivalı 2026” müsabiqəsində səsverməsi ətrafında yaranan qalmaqal siyasi qərarla nəticələnib. Belə ki, Ukraynaya 0, Rumıniyaya isə cəmi üç xal verilib. Müsabiqənin finalından sonra yaranan sərt ictimai tənqid fonunda Teleradio-Moldova (TRM) şirkətinin baş direktoru Vlad Țsurkanu istefa verdiyini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ekspert dairələrində və sosial şəbəkələrdə ən böyük rezonans peşəkar münsiflərin qiymətləndirməsi ilə tamaşaçı səsverməsi arasındakı açıq fərq yaradıb. Moldova tamaşaçıları telefon səsverməsində Rumıniyaya maksimum 12 xal veriblər, münsiflər heyəti isə cəmi 3 xal ayırıb. Tamaşaçılar Ukraynaya 10 xal versələr də, münsiflər heyəti bu ölkəyə sıfır xal verib.

Siyasi müzakirələrin daha da kəskinləşdiyi şəraitdə Tsurkanu səlahiyyətlərini təhvil vermək qərarına gəlib.

“Mən münsiflər heyətinin üzvlərinə göstəriş verməkdən çəkinirdim və baş verənlər fövqəladə hadisədir. Bizim fikrimizcə, münsiflər heyəti Moldova Respublikası ilə qonşularımız — Rumıniya və Ukrayna arasında mövcud olan həssas məqamları nəzərə almayıb”, — deyə Vlad Țsurdanu “Moldova M1” telekanalının efirində bildirib.

Yayım şirkətinin rəhbəri vurğulayıb ki, münsiflər heyəti şirkət rəhbərliyindən institusional baxımdan müstəqil olsa da, qurumun reputasiya risklərinə görə məsuliyyət top-menecmentin üzərində qalır. Tsurkanu istefası ilə Kişinyovun Kiyev və Buxarestə münasibətdə xarici siyasət və mədəni kursunun dəyişməz olduğunu nümayiş etdirmək niyyətindədir.

Teleradio-Moldovanın Müşahidə Şurası yeni rəhbər təyin edənədək o, vəzifələrinin icrasını davam etdirəcək.

Vəziyyəti daha da gərginləşdirən məqam isə Moldovanın təmsilçisi Marqarita Druțanın açıq reaksiyası olub. O, canlı efirdə ölkəsinin münsiflər heyətinin xallarını elan edirdi. Müğənni TikTok sosial şəbəkəsində bildirib ki, münsiflərin qərarından şoka düşdüyü üçün efirə çıxmamağı belə düşünüb.

Hadisəyə ölkənin mədəniyyət naziri Kristian Jardan da münasibət bildirib. O, münsiflər heyətinin formalaşdırılmasına cavabdeh şəxslərdən rəsmi izahat tələb edib.

avroviziya səsvermə Moldova direktor istefa

Mənbə: lent.az

Xəbər lenti