IMG-LOGO

UN-Habitat nümayəndəsi: 2050-ci ilədək şəhərlərdə mənzil sahəsində problemlər daha da artacaq

19 May 2026 14:02 2 baxış
IMG

2050-ci ilədək şəhərlərdə mənzil sahəsində problemlər daha da artacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal hesabatlar və trendlər bölməsinin rəhbəri Benedikt Arimah Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dünya şəhərləri hesabatı (2026)"nın təqdimatında deyib.

Onun sözlərinə görə, dünya üzrə 1,6 milyard insan mənzillə təmin olunmayıb:

"Regionlarla müqayisədə rəqəmlər daha da dəyişir. Müvafiq yaşayış yerlərinin tikilməsi məcburidir. 2024-cü ilə qədər 203 milyon insan yaşayış yerlərini tərk etməyə məcbur olublar. 20 milyon yaşayış məntəqəsinin yeri dəyişdirilməli idi, bu isə 208 milyard itkiyə gətirib çıxarıb. 2050-ci ilədək şəhərlərdə mənzil sahəsində problemlər daha da artacaq. Dünya əhalisinin 25%-i ev təminatı üçün ipotekadan istifadə edə bilir. Bu o deməkdir ki, yəni çox az sayda insanın maliyyə vəziyyəti buna imkan verir".

Mənbə: report.az

Xəbər lenti