IMG-LOGO

Qarafuliç: Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

19 May 2026 13:49 2 baxış
IMG

Qarabağın bərpası - diqqətəlayiq və qürur duyulacaq bir nümunədir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişələrdən təsirlənmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun postmünaqişə bərpası təcrübəsi mühüm nümunədir:

"Son səfərim zamanı biz "ASAN xidmət" sisteminin necə işlədiyini və təcrübədə necə həyata keçirildiyini gördük. Açığını desəm, azad edilmiş ərazilərə səfər etmək imkanı olan hər kəs bunu etməlidir. Bu, ləyaqətlə bərpa işləri aparmağın canlı nümunəsidir".

Onun sözlərinə görə, universitet, klinika və ASAN mərkəzləri, o cümlədən həyata keçirilən layihələrin səviyyəsi onu xüsusilə heyran edib.

Mənbə: report.az

Xəbər lenti