IMG-LOGO

Yalçın Rəfiyev: "Bir çox ölkələr sürətli şəhər böyüməsini idarə etməkdə ciddi çətinliklərlə üzləşirlər"

19 May 2026 13:49 3 baxış
IMG

Şəhərləşmə hər zaman müsbət xarakter daşımır, çünki bir çox ölkələr sürətli şəhər böyüməsini idarə etməkdə ciddi çətinliklərlə üzləşirlər.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "One UN" dəyirmi masasında bildirib.

"Biz WUF13-ə ev sahibliyi etməkdən qürur duyuruq. Ölkəmiz Yeni Şəhərsalma Gündəliyi ilə bağlı müzakirələrin aparılması üçün ən doğru məkandır. Bakı sadəcə ev sahibi olan bir şəhər deyil. Azərbaycan şəhərsalma, mənzil təminatı və insan ləyaqətinin bir-birindən ayrıla bilməyəcəyi prinsipini mənimsəmiş ölkədir", - o vurğulayıb.

Onun sözlərinə görə, hazırda dünyada indiyədək misli görünməmiş sürətlə şəhərləşmə prosesi gedir: "Lakin bu tendensiya hər zaman müsbət xarakter daşımır, çünki bir çox ölkələr sürətli şəhər böyüməsini idarə etməkdə ciddi çətinliklərlə üzləşirlər. Belə sürətli şəhərləşmə təcili diqqət tələb edən əhəmiyyətli çətinliklər yaradır. Əks təqdirdə, daha ciddi mənfi nəticələr qaçılmaz olacaq".

Mənbə: report.az

Xəbər lenti