IMG-LOGO

Vahid Hacıyev: Postmünaqişə dövründə bərpa yalnız infrastrukturun yenidən yaradılması deyil

19 May 2026 13:47 2 baxış
IMG

Azərbaycanın təcrübəsi aydın şəkildə nümayiş etdirir: postmünaqişə dövründə bərpa infrastrukturun yenidən yaradılmasından daha böyük bir prosesdir.

"Report"un məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qeyri-sabit və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" mövzusunda panel sessiyasında bildirib.

"Söhbət təhlükəsiz, davamlı və iqtisadi cəhətdən həyat qabiliyyətli icmaların formalaşdırılmasından gedir. Düşünülmüş planlaşdırma, "yaşıl enerji"nin tətbiqi, rəqəmsal həllər və iqtisadi inkişaf sayəsində biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq dayanıqlı yaşayış məntəqələri inşa edirik", - V.Hacıyev vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti