Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 182,2 milyon manat olub.
"Report" yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 % çoxdur.
İndiyə qədər bölgədə 3 308 ədəd yeni nəsil NKA quraşdırılıb.
Xatırladaq ki, 4 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 452,1 milyon manat olub.
Bu, 1 il əvvələ nisbətən 14,5 % çoxdur.
İndiyə qədər Azərbaycan ərazisində 112 985 ədəd yeni nəsil NKA quraşdırılıb.
Mənbə: report.az