IMG-LOGO

Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir

19 May 2026 14:55 2 baxış
IMG

Bakıda yaradıcı fəaliyyət tək bir mərkəzdən daha geniş coğrafiyaya və müxtəlif icma əsaslı məkanlara doğru inkişaf etməkdədir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaradıcı icmaların həm yaşamaq, həm də istehsal etmək üçün məkanlara ehtiyacı var:

"Studiyalar, media laboratoriyaları, emalatxanalar, istehsal məkanları, yaradıcı guşələr və ictimai məkanlar mədəni iqtisadiyyatın iş məkanları kimi şəhərsalma və şəhər inkişafı proseslərinin ayrılmaz hissəsi olmalıdır".

Rəşad Əzizov yekunda UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin Azərbaycan üçün yalnız beynəlxalq tanınma mexanizmi deyil, həm də icra, monitorinq, müqayisəli qiymətləndirmə, həmkar şəhərlərlə təcrübə mübadiləsi və yaradıcı icmaların dayanıqlı inkişafı üçün işlək alət kimi istifadə olunmalı olduğunu diqqətə çatdırıb.

Mənbə: report.az

Xəbər lenti