Bakının dənizkənarı bulvarının uzunluğu son illərdə 3 kilometrdən 17 kilometrə çatdırılıb.
"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, gələcəkdə bulvarın 25 kilometrə qədər uzadılması planlaşdırılır:
"Bakı hazırda dünyanın ən təhlükəsiz və dinamik inkişaf edən şəhərlərindən biridir. Prezident İlham Əliyevin siyasəti nəticəsində paytaxt çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Şəhərdə müasir turizm infrastrukturu formalaşıb. Əgər 2003-cü ildə Bakıda cəmi 22 hotel fəaliyyət göstərirdisə, hazırda onların sayı 12 dəfə artıb".
Mənbə: report.az