IMG-LOGO

Eldar Əzizov: Bakıda sovet dövründə tikilmiş binaların yerində müasir yaşayış kompleksləri inşa olunur

19 May 2026 16:00 3 baxış
IMG

Bakıda sovet dövründə tikilmiş bir çox yaşayış binası istismar müddətini başa vurduğundan, onların yerində müasir yaşayış kompleksləri və iri parklar salınır.

"Report" xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov ÜmUmdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, bu baxımdan, "Ağ Şəhər" layihəsi xüsusi əhəmiyyət daşıyır:

"Keçmiş sənaye zonası ekoloji cəhətdən tam təmizlənib. Turizm sahəsində həyata keçirilən "Sea Breeze" layihəsi də xüsusi qeyd olunmalıdır. Bu layihə "şəhər daxilində şəhər" konsepsiyasına əsaslanır".

Mənbə: report.az

Xəbər lenti