IMG-LOGO

Anar Quliyev: "Azərbaycan azad edilmiş ərazilərdə postmünaqişə bərpasının yeni modelini formalaşdırır"

19 May 2026 15:58 3 baxış
IMG

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə əsas hədəfi postmünaqişə dövrünə xas yeni bərpa modelinin formalaşdırılmasıdır.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda deyib.

"Xüsusilə diqqət çəkən məsələlərdən biri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan genişmiqyaslı yenidənqurma və inkişaf layihələridir. Ölkəmiz uzun illər ərzində ciddi dağıntılara məruz qalmış bölgələrdə miqyaslı bərpa prosesinə start verib. Bütöv şəhərlər və kəndlər, sosial infrastruktur obyektləri, nəqliyyat kommunikasiyaları, enerji təchizat sistemləri, ictimai xidmət sahələri sıfırdan yenidən yaradılır. Bizim əsas hədəfimiz yalnız itirilənləri geri qaytarmaq deyil, eyni zamanda daha yaxşısını qurmaq prinsipinə, milli iqlim öhdəliklərimizə və dayanıqlı inkişaf hədəflərimizə söykənən post-münaqişə dövrünün yeni bərpa modelini ortaya qoymaqdır", - o qeyd edib.

A.Quliyev vurğulayıb ki, ağıllı və inklüziv icmaların yaradılması məqsədilə hərtərəfli şəhər regenerasiyası və mənzil proqramları icra olunur: "Yaşayış sahələri dövlət hesabına pulsuz təqdim edilir ki, bu da postmünaqişə bərpası prosesində dövlətin liderlik rolunun əhəmiyyətini ortaya qoyur. Bu günədək 80 000-dən artıq vətəndaş həmin ərazilərə qayıdaraq burada yaşamağa, təhsil almağa və əmək fəaliyyəti göstərməyə başlayıb. Bu yenidənqurma səyləri təkcə geri dönən icmaların rifah halına deyil, bütövlükdə regionun uzunmüddətli sabitliyinə və dayanıqlı inkişafına da xidmət edir. Azad olunmuş ərazilər alternativ enerji mənbələri, davamlı nəqliyyat həlləri, rəqəmsal idarəetmə mexanizmləri, ekoloji baxımdan təmiz infrastruktur, habelə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını ehtiva edən yaşıl, intellektual və təhlükəsiz yaşayış məkanları olaraq inkişaf etdirilir".

Mənbə: report.az

Xəbər lenti