IMG-LOGO

Bakıda kanat yolu çəkiləcək - Eldar Əzizov

19 May 2026 15:59 4 baxış
IMG
0 0

Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur.

"APA-Economics"in Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masasından verdiyi məlumata görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır.

E. Əzizov qeyd edib ki, Bakıda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr velosiped yolu yaradılıb.

O bildirib ki, metro infrastrukturunun genişləndirilməsi ilə yanaşı, şəhər üçün yeni nəqliyyat həllərinin tətbiqi nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sözlərinə görə, bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.

kanat yolu Bakı Eldar Əzizov

Mənbə: lent.az

Xəbər lenti