IMG-LOGO

Təkcə içkilər deyil: təyyarədə qadağan olunan 5 QİDA

19 May 2026 15:42 4 baxış
IMG
4 0

Avropa hava limanlarında əl yükündə maye daşınmasına dair sərt qaydalar hələ də qüvvədə qalır. Bəzi hava limanları məhdudiyyətləri mərhələli şəkildə yumşaltsa da, əksər ölkələrdə tələblər dəyişməyib. Üstəlik, qadağalar yalnız su və ya digər içkilərə aid deyil.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 20 ildir Avropada sərnişinlərin təyyarə salonuna məhdud miqdarda maye aparmasına icazə verən qayda tətbiq olunur. 

Ekspertlər hava limanında təhlükəsizlik xidmətinin suallarına səbəb ola biləcək ən gözlənilməz məhsulları xatırladıblar:

— yumşaq pendirlər də maye hesab olunur və icazə verilən limitə daxildir;

— mürəbbə, souslar, paştetlər və kreməbənzər konsistensiyalı məhsullar eyni qaydalara tabedir;

— duzlu suda və ya marinadda olan konservlər, məsələn zeytun, əl yükünə buraxılmaya bilər;

— krem, üz yağları və antiseptik gellər kimi kosmetik vasitələr də ümumi həcmdə nəzərə alınır;

— protein tozu maye hesab olunmasa da, tozşəkilli maddələr tez-tez skanerlərdə əlavə yoxlamalara səbəb olur və sərnişinin baxış prosesində gecikməsinə gətirib çıxara bilər.

Səfərdən əvvəl turistlərə konkret hava limanının və aviaşirkətin qaydalarını öncədən yoxlamaq tövsiyə olunur ki, təhlükəsizlik nəzarəti zamanı xoşagəlməz hallarla qarşılaşmasınlar.

təyyarə səyahəti qadağan olunan qidalar təyyarə qadağaları aeroportlar Avropa

Mənbə: lent.az

Xəbər lenti