IMG-LOGO

ADB Bakının minimum itkiyə əsaslanan su sistemi ilə təchiz olunması layihəsi üzərində işləyir

19 May 2026 16:54 3 baxış
IMG

Asiya İnkişaf Bankı Bakıya itkilərin minimuma endirilmiş şəkildə su sisteminin təchiz olunması layihəsi üzərində işləyir.

"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Şəhər İnkişafı və Su Bölməsinin baş direktoru Norio Saito Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.

Onun sözlərinə görə, ADB Azərbaycan da daxil olmaqla, Xəzəryanı ölkələr üçün 3,5 milyard dollar həcmində vəsait ayırıb:

"Proqrama çirkli suların təmizlənməsi, su təchizatı sisteminin qurulması və sair aiddir. Hazırda üzərində işlənilən başqa layihələr də var. Çirkli suların təmizlənməsi üzrə qurğuların böyüdülməsi də nəzərdə tutulur".

Mənbə: report.az

Xəbər lenti