IMG-LOGO

Andre Onana "Mançester Yunayted"ə qayıtmağı planlaşdırır

19 May 2026 16:51 3 baxış
IMG

Cari mövsüm icarə əsasında Türkiyə təmsilçisi "Trabzonspor"da çıxış edən Andre Onana müqavilə ilə məxsus olduğu İngiltərənin "Mançester Yunayted" klubuna qayıtmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.

Kamerunlu qolkiper "qırmızı şeytanlar"ın mövsümöncəsi məşqlərinə qoşulacaq.

Xatırladaq ki, Andre Onananın "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulur.

Mənbə: report.az

Xəbər lenti