IMG-LOGO

Kriştianu Ronaldu karyerasında 6-cı dəfə dünya çempionatına qatılacaq

19 May 2026 16:46 3 baxış
IMG

Dünya şöhrətli futbolçu Kriştianu Ronaldu Portuqaliya millisinin DÇ-2026 üçün açıqlanan heyətində yer alıb.

"Report" Portuqaliya Futbol Federasiyasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kollektivinin formasını geyinən 41 yaşlı hücumçu 6-cı dəfə mundial həyəcanı yaşayacaq.

O, ilk dəfə 2006-cı ildə Almaniyada təşkil olunan dünya çempionatında çıxış edib. Həmin vaxt turniri 1 qolla tamamlayan oyunçu daha sonra mütəmadi olaraq 2010 (1 qol), 2014 (1 qol), 2018 (4 qol) və 2022-ci illərdə (1 qol) təşkil olunan dünya çempionatlarında mübarizə aparıb.

Ronaldu çıxış etdiyi dünya çempionatları tarixində heç vaxt uğurlu olmayıb. Onun komandası ən yaxşı halda DÇ-2006-da dördüncü yerlə kifayətlənib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Portuqaliya millisi K qrupunda Özbəkistan, Konqo və Kolumbiya ilə üz-üzə gələcək.

Mənbə: report.az

Xəbər lenti