IMG-LOGO

Dünya "PropTech" bazarı 2026-cı ilədək 53 milyard dolları ötəcək

19 May 2026 16:46 3 baxış
IMG

Tikinti və daşınmaz əmlak sahəsində qlobal informasiya texnologiyaları (PropTech) bazarı 2026-cı ilədək 53 milyard ABŞ dollarından çox olacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının (International Real Estate Federation) FIABCI-Səudiyyə Ərəbistanı üzrə vitse-prezidenti və "Eye of Riyadh"ın baş əməliyyat direktoru Rim Əlhərbi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər dəyər zənciri fəaliyyətdə: inklüziv, ağıllı və dayanıqlı şəhərlər naminə biznes liderliyi" adlı panel sessiyasında bildirib.

O vurğulayıb ki, artıq 2025-ci ildə bu seqmentin bazar həcmi 47 milyard dollar həddini aşıb, sənaye isə bütövlükdə yüksək yetkinlik səviyyəsinə çatıb.

"Bu gün dünyada 9 000-dən çox "PropTech" şirkəti fəaliyyət göstərir. Şəksiz lider hələ də payı 15 milyard dollar təşkil edən ABŞ olaraq qalır. Proqnozlara görə, 2026-cı ildə 4 milyard dollardan çox həcmlə Böyük Britaniya ikinci yeri tutacaq", - o qeyd edib.

R.Əlhərbi diqqəti Səudiyyə Ərəbistanının heyrətamiz dinamikasına yönəldib: hələ 2024-cü ildə krallıq dünya reytinqinin TOP-15 aparıcı ölkəsi sırasına daxil deyildi, lakin artıq 2025-ci ildə 1 milyard dollara yaxınlaşan bazar payı ilə təxminən yeddinci pillədə qərarlaşıb. Bundan əlavə, ekspert qiymətləndirmələrə görə qlobal daşınmaz əmlak sektorunda ildə 550 milyard dollara qədər gəlir yarada bilən süni intellektin roluna xüsusi diqqət yetirib. Hazırda sənayenin top-menecerlərinin 75 %-dən çoxu artıq öz gündəlik fəaliyyətlərində maşın öyrənməsi texnologiyalarından istifadə edir.

Mənbə: report.az

Xəbər lenti