IMG-LOGO

Bakıda kişi gözəllik salonunda kosmetoloq işləyən sevgilisini döydü

19 May 2026 17:08 4 baxış
IMG
0 0

Bakıda kişi gözəllik salonunda sevgilisini döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən gözəllik salonunda baş verib.

İttiham aktına görə, 35 yaşlı Fikrət Qasımov (ad və soyad şərtidir) həmin salona gələrək, orada kosmetoloq işləyən sevgilisi ilə dalaşıb. Səbəb qadının axşam işdən evə gec gəlməsi və Fikrətlə telefonda uca səslə danışması olub. Təqsirləndirilən şəxs bunları qadına irad bildirərkən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Fikrət sillə və yumruq zərbələri ilə qeyri-rəsmi nikahda yaşadığı sevgilisinin bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarətlər yetirib.

Faktla bağlı Fikrət Qasımov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və sevgilisi ilə barışdığını bildirib. Zərərçəkən qadın da həmçinin qarşı tərəfdən şikayətçi olmadığını deyib. Onların hər ikisi məhkəmədən işə xitam verilməsini istəyiblər.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Fikrət Qasımov məsuliyyətdən azad edilib.

Hadisələr məhkəmə işləri cinayət işləri kriminal xəbərlər

Mənbə: lent.az

Xəbər lenti