Tanınmış müğənni İrem Derici qonaq olduğu "YouTube" proqramında illərdir gizlətdiyi ağır xəstəliklərindən danışıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, o həm epilepsiya tutmaları keçirdiyini, həm də ona yeni psixiatrik diaqnoz qoyulduğunu etiraf edib.
Ötən ilin oktyabr ayından bəri həm mənəvi, həm də fiziki cəhətdən çox çətin bir dövr keçirdiyini bildirən Derici, doğru diaqnozu tapmaq üçün uzun müddət həkimləri gəzdiyini deyib:
"Oktyabr ayından bəri ağlım başımdan gedib-gəlir. Bir həkimə gedirəm "borderline (sərhəd şəxsiyyət pozuntusu) olmusan" deyir, digəri "deyilsən" deyir. Bu gün psixiatrdan çıxıb gəlmişəm. Xroniki yuxusuzluq, yəni insomniya xəstəsi olduğumu öyrəndim. Günün 24 saatını oyaq qalıram, Kanye Uest kimi olmuşam. Həkim mənə “Sənin psixologiyan yox, nevroloji sistemin pozulub, bunu dərmanlarla həll edəcəyik” dedi".
Sağlamlıq problemlərinin yeni olmadığını və 2017-ci ildən bəri beynindəki elektrik sisteminin pozulması səbəbindən epilepsiya tutmaları keçirdiyini deyən ifaçı, studiyada yaşadığı dəhşətli anı ilk dəfə bölüşüb:
"Beynimdəki elektrik sistemi pozulub və bu, epilepsiya tutmalarına yol açır. Hətta repçi Sefo ilə duet hazırladığımız vaxt studiyada bu tutmalardan birini yaşadım. Yerdə ağzım köpüklənmiş halda qalmışdım. Amma ətrafımdakılar zarafat etdiyimi düşünüb mənə inanmadılar".
Keçmişdən bəri etdirdiyi EEG (beyin elektrosu) analizlərinin həmişə bərbad çıxdığını qeyd edən İrem Derici, bu nevroloji xəstəliklərin qarşısını almaq üçün artıq müntəzəm dərman müalicəsinə başlayacağını vurğulayıb.
İrem Derici maqazinMənbə: lent.az