IMG-LOGO

Ekspert: "Sağlam mənzil ayrı-seçkiliyin azaldılmasına imkan verir"

19 May 2026 17:58 2 baxış
IMG

Sağlam mənzil ayrı-seçkiliyin azaldılmasına imkan verir.

"Report" xəbər verir ki, bunu Finlandiyanın Tampere şəhərinin mer müavini Ilkka Porttikivi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.

"Biz insanları şəhərin müxtəlif ərazilərinə paylamaq əvəzinə, fərqli gəlir qruplarının və həyat şəraitinin bir arada olduğu məhəllələr salmağa çalışırıq. Uzunmüddətli sosial dayanıqlılıq baxımından müxtəlif keçmişə malik uşaqların eyni məhəllədə birlikdə böyüməsi və eyni məktəbə getməsi vacibdir. Bu, sosial birliyi, etibarı və dözümlülüyü gücləndirir. ​Siyasi cəhətdən bu, uzunmüddətli öhdəlik, bəzən çətin müzakirələr tələb edir. Şəhərin sıxlaşdırılması, mobillik dəyişiklikləri, boş sahələrin doldurulması sakinlərdə narahatlıq yarada bilər. Maliyyə baxımından isə, tam faydaları görünməzdən əvvəl ictimai nəqliyyata, ictimai sahələrə, küçələrə, parklara və xidmətlərə böyük investisiyalar qoyulmasını tələb edir. ​Biz uğuru çoxsaylı göstəricilər vasitəsilə ölçürük: xidmətlərə və ictimai nəqliyyata çıxış, mənzil istehsalı, sakinlərin məmnuniyyəti, mobillik modeli, iqlimə təsir və daha geniş rifah göstəriciləri. Lakin ən mühüm nəticələrin bəziləri uzunmüddətlidir və onları dərhal ölçmək çətindir: azaldılmış seqreqasiya, daha güclü icmalar və daha sağlam gündəlik həyat", - deyə o qeyd edib.

Qonağın sözlərinə görə, mənzil təminatı mobillik (nəqliyyat), xidmətlər, ictimai məkan və təbiətdən ayrı planlaşdırılmamalıdır: "Sağlam evlər sağlam məhəllələrlə bağlıdır. Bundan başqa profilaktika (vaxtında tədbir görmək) vacibdir. Seqreqasiyanın (ayrı-seçkiliyin), təcrid olunmanın və pis yaşayış şəraitinin qarşısını almaq, bu problemlər yarandıqdan sonra onları düzəltməyə çalışmaqdan qat-qat yaxşı və daha humanistdir. Eləcə də, şəhərlər insanları gəlirlərinə və yaxud mənşəyinə görə bir-birindən ayırmaq əvəzinə, qarışıq məhəllələr yaratmaq lazımdır. Sosial həmrəylik öz-özünə baş vermir. Şəhərlər müxtəlif həyat təbəqələrindən olan insanların eyni məktəbləri, ictimai məkanları və gündəlik təcrübələri bölüşə biləcəyi mühitləri aktiv şəkildə yaratmalıdır. Nəhayət, sakinləri və yerli icmaları diqqətlə dinləmək lazımdır. Yalnız texniki planlaşdırma kifayət deyil. İnsanlar özlərini təhlükəsizlikdə, proseslərə daxil edilmiş hiss etməlidirlər".

Mənbə: report.az

Xəbər lenti