IMG-LOGO

UNEP rəsmisi: "2040-cı ilə qədər iqlim riskləri 167 milyondan çox insana təsir edəcək"

19 May 2026 17:56 2 baxış
IMG

İqlim riskləri 2040-cı ilə qədər 167 milyondan çox insana təsir edəcək.

"Report" xəbər verir ki, bunu BMT-nin Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "One UN" dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, binalardan danışarkən bütün dəyər zənciri tamamlanmalı və binaların gələcək üçün ekoloji cəhətdən davamlılığı təmin edilməlidir: "Dünyanın bir çox hissəsində binalarda enerji səmərəliliyi əsas məsələdir: xüsusən kondisionerləşdirmə, soyutma, isitmə və hansı enerji mənbəyinin istifadə olunması baxımından önəmlidir. Amma, məsələn, Afrikada enerji səmərəliliyi çox deyil. Lakin burada çirklənmə məsələləri əsas əhəmiyyət kəsb edir. Amma nəticədə əsas məsələ tikinti-inşaatdan faydalanacaq insanların sağlamlığıdır".

O qeyd edib ki, bu sahədə əsas məsələlərdən biri binaların xüsusiyyəti ilə bağlı ictimai məlumatlılığı dəstəkləməkdir: "Beləliklə, yenə də biz ölkə səviyyəsində BMT-dən bu məlumatlılığın yaradılmasına dəstək verməsini gözləyirik. UNEP-də əməkdaşlıq baxımından bizdə Tikinti və İnşaat üzrə Qlobal Alyans, həmçinin qlobal platforma olan COOL Koalisiyası adlanan strukturlar var. Biz həm binaların maliyyələşdirilməsi, həm yeni binalar üçün alətlər, həm də texniki yardım vasitəsilə daha güclü siyasətləri, həm davamlı materialları, layihə xətlərini, həm də bank tərəfindən maliyyələşdirilə bilən mənzil layihələrini dəstəkləyirik. Bir sözlə, bir çox yollar var. Əməkdaşlıq edirik və əminəm ki, daha çox edə bilərik".

Mənbə: report.az

Xəbər lenti