IMG-LOGO

WUF13 Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır– RƏY

19 May 2026 17:51 2 baxış
IMG

WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər bir daha onu göstərdi ki, ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq tədbir Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır.

Bunu "Report"a Milli məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Bakıda keçirdikləri bu günlər ərzində bir çox qonaqlar, Azərbaycanı daha yaxşı tanıyacaqlar və ölkədə şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar:

"Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər".

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan dövləti belə qlobal beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha şəhərsalmaya, onun inkişafına olan diqqətini, yeniliklərə, təkmilləşməyə verdiyi önəmi nümayiş etdirir:

"Hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır".

Mənbə: report.az

Xəbər lenti