Zəif yaşayış şəraiti ictimai sağlamlığa birbaşa təsir edir.
"Report" xəbər verir ki, bunu Qlobal Şəhərlər Mərkəzinin Baş Direktoru Kamelia Kemileva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycan: Sağlam Evlərin Nəbzi" adlı tədbirdə bildirib.
"Mənzil təminatı və səhiyyə dərindən yerli əhəmiyyətli məsələlər kimi başlayıb, ilk olaraq bələdiyyələr tərəfindən qaldırılıb və bu ikisi arasındakı əlaqə sivilizasiyalar boyu ən qədim şəhər məskunlaşmalarına qədər gedib çıxır. Mənzillər yarı-daimi xarakter almağa və əhali bir yerə cəmləşməyə başlayan kimi, səhiyyə dərhal ictimai narahatlıq doğuran bir məsələyə çevrildi. Zəif layihələndirmə, qeyri-adekvat xidmətlər və təhlükəli yaşayış şəraitləri yaşayış yerlərində birbaşa və görünən nəticələr doğurur. Ona görə bu problemlərə ilk reaksiyalar həmişə yerli hökumətlərdən gəlib. Nəticə etibarilə, milli və beynəlxalq mənzil siyasəti tarixən yerli təcrübə və innovasiyalar vasitəsilə formalaşıb", - deyə o qeyd edib.
Mənbə: report.az