IMG-LOGO

Çinin Mənzil Nazirliyində şəhər transformasiyasının 4 əsas elementi açıqlanıb

19 May 2026 17:41 2 baxış
IMG

Çin iqlim dəyişikliyində şəhərlərin roluna böyük əhəmiyyət verir və onları iqlim siyasətinin həyata keçirilməsinin əsas amili kimi nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Çinin Mənzil-Tikinti, Şəhər və Kənd İnkişafı Nazirliyinin baş iqtisadçısı Van Şentszyun Bakıda WUF13 çərçivəsində Şəhər İqlim Fəaliyyətləri və Dayanıqlı Urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yenilənmə və artım kursu "yüksək keyfiyyətli, təhlükəsiz və dayanıqlı inkişafa" nail olmağa yönəlib, həmçinin insanyönümlü yanaşmaya və şəhər mühitinin modernləşdirilməsi üçün şəhər inkişafı imkanlarından istifadəyə əsaslanır.

"Biz insanların ehtiyaclarına yönəlmiş konsepsiyaya sadiq qalmağa davam edir, şəhər inkişafı imkanlarından istifadə edərək Çin sədri Si Cinpinin yenilənmiş baxışını təşviq edirik. Bu, daha gözəl və təhlükəsiz şəhər mühitinin yaradılmasına yönəlmiş yenilənmənin hərəkətverici qüvvəsidir. Biz şəhərləri modernləşdirməli və onları "ağıllı" etməliyik", - o qeyd edib.

Van Şentszyun şəhər transformasiyasının dörd əsas istiqamətini vurğulayıb: aşağı karbonlu infrastrukturun inkişafı, şəhərlərin təhlükəsizliyinin və dayanıqlığının artırılması, rəqəmsal və "ağıllı" şəhər idarəetməsinin inkişafı, mənzil siyasətinin təkmilləşdirilməsi.

O əlavə edib ki, mənzillər təhlükəsizlik, rahatlıq, ekolojilik və intellektuallıq tələblərinə cavab verməlidir.

Mənbə: report.az

Xəbər lenti