IMG-LOGO

Türkiyədə COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim üzrə beşinci müşavirəsi keçirilə bilər

19 May 2026 19:09 2 baxış
IMG

Braziliya Antalyada keçiriləcək COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim məsələlərinə həsr olunmuş beşinci müşavirəsini təşkil etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Braziliya Şəhərlər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Antonio da Koşta e Silva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasında bildirib.

"Biz bu gündəliyi şüurlu şəkildə formalaşdırmaq və onu real məzmunla doldurmaq üçün böyük səy göstərdik. Şəhərlər sadəcə xəritədəki işarələr deyil - onlar həm də iqlim həllərinin hərəkətverici qüvvəsidir və gələcək nəsillərə miras qoymağa çalışdığımız gələcəyi formalaşdırır", - o vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri Konfransının (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçirilməsi planlaşdırılır. Buna səbəb Avstraliyanın sammitə ev sahibliyi etmək hüququnu Türkiyəyə ötürməsi və həmsədrlikdən imtina etməsidir.

Mənbə: report.az

Xəbər lenti