IMG-LOGO

Hasan Suver: "Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı planlaşdırır"

19 May 2026 19:07 2 baxış
IMG

Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasında bildirib.

O qeyd edib ki, Türkiyə strateji hədəfə - 2053-cü ilədək sıfır karbon balansına nail olmağa istiqamətlənərək "yaşıl inkişaf" siyasətini planlı şəkildə həyata keçirir.

"2026-cı ildə Antalyada keçiriləcək COP31 konfransı iqlim maliyyəsi, təmiz energetika, karbon bazarları və su ehtiyatlarından səmərəli istifadə sahələrində konkret nəticələr verə biləcək inklüziv və praktikaya yönəlmiş sammit olmalıdır", - nazir müavini vurğulayıb.

Bundan əlavə, H. Suver COP prosesləri ilə Ümumdünya Şəhərsalma Forumu arasında koordinasiyanı gücləndirmək çağırışı ilə çıxış edib.

Mənbə: report.az

Xəbər lenti