IMG-LOGO

Emin Əmrullayuev Andreas Şleyxerlə görüşüb

19 May 2026 20:47 2 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüşüb.

"Report" xəbər verir ki, Dünya Təhsil Forumu çərçivəsində baş tutan görüş barədə E. Əmrullayev "X" sosial şəbəkə hesabında yazıb.

"Dünya Təhsil Forumu çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə baş tutan görüşümüzdə təhsildə keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi və müasir bacarıqların inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik", - o bildirib.

Mənbə: report.az

Xəbər lenti