IMG-LOGO

UEFA qadın oyunçuları duş otağında gizli videoya çəkən məşqçini futboldan ömürlük uzaqlaşdırıb

19 May 2026 21:20 2 baxış
IMG

UEFA Çexiyanın qadınlardan ibarət "Slovaçko" komandasının sabiq baş məşqçisi Petr Vlahovskini futbolçuları duş otağında gizli şəkildə videokamera ilə lentə aldığına görə ömürlük futboldan uzaqlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

UEFA həmçinin FIFA-ya da müraciət edərək, analoji sanksiyaların tətbiq olunmasını və çexiyalı Vlahovskinin məşqçi lisenziyasının ləğv edilməsini istəyib.

Məşqçi futbolçuları duş qəbul edərkən və paltardəyişmə otağında geyinib-soyunarkən gizli şəkildə çəkmək üçün çantasına yerləşdirilmiş kiçik kameradan istifadə edib. Hadisələrin məşqlərdən və oyunlardan əvvəl baş verdiyi qeyd olunub.

Mənbə: report.az

Xəbər lenti