IMG-LOGO

Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə edilib

19 May 2026 22:55 4 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev "Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə E. Əmrullayev "X" sosial şəbəkə hesabında yazıb.

Görüşdə Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdəki mövqeyi, əldə olunan irəliləyişlər və ali təhsilin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Mənbə: report.az

Xəbər lenti