IMG-LOGO

Pentaqon Avropadakı ABŞ döyüş briqadalarının sayını dörddən üçə endirib

20 May 2026 05:47 3 baxış
IMG

ABŞ Avropada yerləşən briqada döyüş qruplarının sayını dörddən üçə endirib.

"Report" xəbər verir ki, ABŞ hərb nazirinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnell bu barədə "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, qərar ABŞ qüvvələrinin Avropadakı yerləşdirilməsinin kompleks analizinin nəticələrinə əsasən verilib və briqada gücünü 2021-ci il səviyyəsinə qaytaracaq.

Parnell qeyd edib ki, ixtisar ABŞ qüvvələrinin Polşaya yerləşdirilməsinin gecikməsinə səbəb olacaq, hərbi mövcudluğun son konfiqurasiyası ABŞ-nin strateji və əməliyyat ehtiyaclarının əlavə qiymətləndirilməsindən sonra müəyyən ediləcək.

O əlavə edib ki, Vaşinqton Polşada hərbi mövcudluğunu qorumağa sadiqdir, lakin NATO müttəfiqləri öz müdafiə qabiliyyətlərini daha fəal şəkildə inkişaf etdirməlidirlər.

Mənbə: report.az

Xəbər lenti