IMG-LOGO

ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib

20 May 2026 07:02 5 baxış
IMG

ABŞ Senatı prosedur səsverməsində Birləşmiş Ştatlar administrasiyasına İrana qarşı hərbi əməliyyatlara son qoymağı əmr edən qətnaməni dəstəkləyib.

"Report"un məlumatına görə, iclas C-SPAN tərəfindən yayımlanıb.

Qətnamənin lehinə 50 senator səs verib, 47 nəfər sənədə qarşı çıxıb. Təşəbbüsü Demokratlar Partiyası, eləcə də bir neçə respublikaçı - Rend Pol, Lisa Murkovski, Syuzan Kollins və Bill Kessidi dəstəkləyib. Demokratlardan biri - Con Fetterman qətnamənin əleyhinə səs verib.

Mənbə: report.az

Xəbər lenti