IMG-LOGO

Yaponiyanın hakim partiyası: Ölkə ordusu illərlə müharibə apara bilməlidir

20 May 2026 06:14 5 baxış
IMG

Hakim Yaponiya Liberal Demokrat Partiyası (LDP) yenilənmiş milli təhlükəsizlik strategiyasına Özünümüdafiə Qüvvələrinin azı bir il və ya daha çox müddətə döyüş əməliyyatları apara bilməsi üçün müddəa daxil etməyi təklif edir.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, LDP Şurası bu həftə milli təhlükəsizlik strategiyasına və əlaqəli sənədlərə düzəlişləri müzakirə etmək üçün gündəlik iclaslar keçirir.

Təklif layihəsində qeyd olunur ki, Rusiya-Ukrayna münaqişəsi təcrübəsi nəzərə alınmaqla, Yaponiya qüvvələrinin muxtar döyüş əməliyyatları müddəti illərlə ölçülməlidir. Daha əvvəllər Yaponiya mediası ölkənin hazırkı sursat və yanacaq ehtiyatlarının yalnız bir neçə ay üçün kifayət olduğunu bildirib.

Bundan əlavə, LDP uzaq mənzilli dronlar da daxil olmaqla, dronların yerləşdirilməsini artırmağı, milli istehsal bazasının inkişaf etdirilməsini və süni intellekt texnologiyalarına investisiyaların artırılmasını təklif edir. Həmçinin hərbi obyektlərin və avadanlıqların saxlanılması üçün tələb olunan personalın sayının azaldılması tədbirləri də nəzərdən keçirilir.

Mənbə: report.az

Xəbər lenti