IMG-LOGO

ABŞ etirazlar fonunda Boliviya hökumətini dəstəkləyib

20 May 2026 07:51 5 baxış
IMG

ABŞ administrasiyası Boliviyada davam edən etirazlar fonunda mövcud ölkə hökumətini dəstəklədiyini bildirib.

"Report" xəbər verir ki, ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau bu barədə "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, etirazçılar seçkilərdəki məğlubiyyətdən sonra yolları bağlamaqla və mütəşəkkil cinayətkarlığın və narkotik qaçaqmalçılarının dəstəyinə güvənməklə ölkədə sabitliyi pozmağa çalışırlar.

Landau həmçinin Boliviya Prezidenti Rodriqo Pasla danışdığını, ABŞ-nin qanuni və konstitusiyalı hökumətə dəstəyini bir daha təsdiqləyib.

Boliviyada yolların bağlanması ilə müşayiət olunan etirazlar bir neçə həftədir davam edir. Hakimiyyət orqanları keçmiş prezident Evo Moralesin tərəfdarlarını iğtişaşların təşkilində ittiham edir. Mayın 18-də La-Pasda toqquşmalar baş verib və təxminən 100 nəfər saxlanılıb.

Mənbə: report.az

Xəbər lenti