IMG-LOGO

Media: ABŞ Avropadakı hərbi ehtiyatlarını azaltmağı planlaşdırır

20 May 2026 08:41 4 baxış
IMG

Tramp administrasiyası NATO-dakı müttəfiqlərini böhran vəziyyətində Avropaya kömək etmək üçün yerləşdirilə biləcək hərbi qüvvələrin azaldılması barədə məlumatlandırmağı planlaşdırır.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, bunu üç məlumatlı mənbə təsdiqləyib.

Onların sözlərinə görə, Vaşinqton qərarı cümə günü Brüsseldə keçiriləcək görüşdə elan etmək niyyətindədir. Amerika tərəfini ABŞ-nin müharibə naziri Elbric Kolbinin köməkçisi Aleks Velez-Qrinin təmsil edəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, yeni NATO modeli çərçivəsində ittifaq ölkələri böhrana cavab vermək üçün ehtiyat qüvvələr yaradırlar, lakin ABŞ bu sahədəki öhdəliklərinin bir hissəsini azaltmağı planlaşdırır. Bununla yanaşı ehtiyat qüvvənin dəqiq sayı açıqlanmayıb.

Mənbə: report.az

Xəbər lenti