IMG-LOGO

Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar

20 May 2026 11:04 4 baxış
IMG

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Pekində hərtərəfli strateji koordinasiyanın daha da gücləndirilməsi və iki ölkə arasında qonşuluq münasibətlərinin və dostluq əməkdaşlığının dərinləşdirilməsi barədə birgə bəyanat imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Xinhua agentliyi xəbər verir.

Onların iştirakı ilə həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalanıb.

Si Cinpin iki ölkə arasında ticarət dövriyyəsinin ardıcıl üçüncü ildir ki, 200 milyard dollar səviyyəsini keçdiyini bəyan edib. RF və ÇXR arasında əmtəə dövriyyəsi yanvar-aprel aylarında təxminən 20% artıb.

Mənbə: report.az

Xəbər lenti