IMG-LOGO

Neymar dünya çempionatında Braziliya yığmasının kapitanı olmayacaq

20 May 2026 10:52 5 baxış
IMG

Neymar dünya çempionatında Braziliya yığmasının kapitanı olmayacaq.

"Report" "Globo" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti "Santos"un 34 yaşlı futbolçusuna qarşıdakı mundialda komandanın kapitanı olmayacağını açıq şəkildə bildirib.

Baş məşqçi Neymara ilkin mərhələdə start heyətində yer almayacağını da çatdırıb. Həmçinin ona yığmadakı yeni davranış qaydaları barədə ətraflı məlumat verilib. K.Ançelotti əvvəlki illərlə müqayisədə millidə tətbiq edilən bütün məhdudiyyətlər barədə oyunçunu əvvəlcədən xəbərdar edib. Ona sosial şəbəkələrdəki fəallığını azaltmaq da tövsiyə olunub.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Mənbə: report.az

Xəbər lenti