Azərbaycan karbon qazı tullantılarının və avtomobildən asılılığın azaldılmasına dair vəzifələri şəhərlərin Baş planlarına inteqrasiya etməlidir.
Bu barədə Dünya Bankının şəhər inkişafı üzrə baş mütəxəssisi Mohamed Nada Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a bildirib.
"Azərbaycan şəhərlərinin Baş planlarda iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə konkret addımları təsbit etməsi vacibdir: piyadalar üçün daha rahat şəraitin necə yaradıla, ictimai nəqliyyat şəbəkəsinin necə genişləndirilə, su ehtiyatlarının səmərəli idarə olunmasının necə qurula, enerji istehlakı və binaların enerji səmərəliliyinin artırılması problemlərinin necə həll edilə biləcəyi və digər aspektlər buraya daxildir", - M.Nada qeyd edib.
Baş mütəxəssis vurğulayıb ki, WUF13 şəhər planlaşdırması sahəsində ideyaların, işləmələrin və praktiki təcrübənin mübadiləsi üçün səmərəli platformadır.
Mənbə: report.az