Bir çox insan evdə ən çirkli yerin tualet olduğunu düşünür. Lakin araşdırmalar dəfələrlə bunun əksini sübut edir və nəticələr hətta özünü çox təmizkar hesab edənləri belə təəccübləndirir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ən çox mikrob toplayan əşya mətbəxdə gizlənir. Söhbət nə mətbəx çanağından, nə də zibil qutusundan gedir.
Ən çirkli əşya mətbəx süngəridir. O, nəmi və qida qalıqlarını özünə çəkərək bakteriyaların çoxalması üçün ideal şərait yaradır.
Alimlər süngərlərin üzərində sıxlığı kanalizasiya sularındakı bakteriya koloniyalarına bənzəyən mikroorqanizmlər aşkar ediblər. Halbuki bir çox insan onları yalnız bir neçə həftədən bir dəyişir.
Mikrobioloqlar izah edirlər ki, süngər demək olar daim nəm qalır. Rütubət isə bakteriyaların sürətlə çoxalmasının əsas səbəbidir.
Hətta müntəzəm yuyulma da vəziyyəti tam düzəltmir. Bakteriyalar süngərin məsaməli quruluşunun dərinliklərinə nüfuz edir və onları tamamilə yox etmək mümkün olmur.
ev evdəki ən çirkli əşyaMənbə: lent.az