IMG-LOGO

AIIB iqlim fondunun birgə istifadəsini təklif edir

20 May 2026 13:04 3 baxış
IMG

Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AIIB) Dünya Bankının idarəçiliyində olan "City Climate Finance Gap Fund" iqlim fonduna çıxışın genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.

"Report"un məlumatına görə, bunu AIIB-nin tərəfdaşlıq üzrə baş mütəxəssisi Pin Yen Çea Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirməsindən əlçatan mənzil üzrə yerli fəaliyyətə: qlobal inkişaf maliyyələşdirməsindən və submilli maliyyələşdirmədən istifadə" mövzusunda panel müzakirəsində bəyan edib.

"Çoxtərəfli inkişaf banklarının Dünya Bankının idarəçiliyində olan "City Climate Finance Gap Fund"a birgə çıxışının təmin edilməsi zərurəti yaranıb. Belə çıxışın təmin edilməsi AIIB və digər tərəfdaş təşkilatlardan əlavə maliyyə vəsaiti cəlb etməyə imkan verəcək. Bu da iqlim və şəhər inkişafı sahəsində layihələrin həyata keçirilməsi potensialını əhəmiyyətli dərəcədə artıracaq", - P.Çea vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti