Qarabağ və Şərqi Zəngəzur bölgələrinə köç etmiş, orada çalışan, təhsil alan və fəaliyyət göstərən insanların sayı 90 minə yaxınlaşır.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarə edilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Böhran sonrası qayıdış üçün mənzil: davamlı həllərin təmin edilməsi" adlı dialoq sessiyasında deyib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş bütün şəhərlərdə və onlarla kənddə genişmiqyaslı tikinti və bərpa-quruculuq işləri aparılır.
Mənbə: report.az