IMG-LOGO

Bouinzal Nohaila: Afrikada şəhərlərin inkişafında bərabərsizlik var

20 May 2026 13:00 4 baxış
IMG

Mərakeşdə bəzi şəhərlər inkişafdan və investisiyadan kənarda qalıb.

"Report"un məlumatına görə, bunu "Nobu Consulting" şirkətinin təsisçisi və hüquq məsləhətçisi Bouinzal Nohaila Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda beynəlxalq konfransında çıxış edərkən deyib.

O, Mərakeşdə və Afrikanın digər ölkələrində şəhərsalma ilə bağlı problemlərin olduğunu deyib:

"Şəhərləşmənin dekolonizasiyasından söz açarkən biz təkcə binalardan və infrastrukturlardan danışmamalıyıq. Şəhərlər kim üçün qurulur, onları kimlərin səsi formalaşdırır və gənclərin öz gələcəklərini müəyyənləşdirməkdə həqiqətən yeri varmı? Mərakeşdə və Afrikadakı bir çox ölkələrdə şəhər inkişafı hələ də tarixdən və müasir böyümə proseslərindən qaynaqlanan bərabərsizlikləri əks etdirir. Afrikada şəhərlərin inkişafında bərabərsizlik var. Bəzi ərazilər daha çox investisiya, daha çox xidmət və imkanlar əldə edir, digər bölgələr isə hələ də kənarda qalır, xidmətlərdən kifayət qədər yararlana bilmir".

Mənbə: report.az

Xəbər lenti