Casusluq ittihamına görə İngiltərə Çempionşipinin pley-off mərhələsinin finalından kənarlaşdırılan "Sauthempton"un futbolçuları klubu məhkəməyə vermək niyyətindədirlər.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisinin elitaya vəsiqə uğrunda "Midlsbro" ilə həlledici matçda iştirak etməyəcək.
Komanda rəqibin məşqlərinin gizli şəkildə lentə alınması səbəbindən diskvalifikasiya edilib. Futbolçular və "Sauthempton" rəhbərliyi arasında yaranmış vəziyyəti müzakirə etmək üçün görüş keçiriləcək.
Qeyd edək ki, bu qərardan sonra "Sauthempton" komandasının əvəzinə "Midlsbro" klubu finalda "Hall Siti" ilə İngiltərə Premyer Liqasına vəsiqə uğrunda qarşılaşacaq.
Mənbə: report.az