BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ərəb dövlətlərində mənzil siyasətinin diaqnostikası və islahatı üçün alət kimi "mənzil profilləri"ni fəal şəkildə tətbiq edir.
"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın Ərəb dövlətləri üzrə Regional bürosunun mənzil məsələləri üzrə eksperti Nihal Əl-Meqarbel Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
O bildirib ki, profillərə üç əsas komponent daxildir: mənzil sektorunun vəziyyətinin diaqnostikası, prioritet problemlərin müəyyən edilməsi və islahatlar üçün tövsiyələrin formalaşdırılması.
El-Meqarbelin sözlərinə görə, bu alət investisiya çərçivələrinin formalaşdırılması və monitorinq üçün istifadə olunur, həmçinin hər bir ölkənin spesifik xüsusiyyətlərinin nəzərə alınması hesabına SDG-lərin lokallaşdırılmasına töhfə verir.
Mənbə: report.az