IMG-LOGO

UNECE rəsmisi: "SPECA Fondu üçün yeni layihə təklifi hazırlanıb"

20 May 2026 12:56 3 baxış
IMG

BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) birlikdə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Fondu üçün yeni layihə təklifi hazırlayıb.

"Report" xəbər verir ki, bunu UNECE-nin icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, layihə Mərkəzi Asiyada dayanıqlı və "ağıllı şəhərlər"in inkişafına dəstək verməyi hədəfləyir. SPECA-nın əsas prioritetlərindən biri Asiya ilə Avropanı nəqliyyat və ticarət vasitəsilə birləşdirən bağlantıların inkişafıdır. Əsas şəhər mərkəzləri dayanıqlı olmadan bu bağlantıların da dayanıqlı olması mümkün deyil".

D. Mariyasin əlavə edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz şəhərləri oxşar problemlərlə üzləşirlər: "Mənzil sistemlərinə təzyiq, köhnəlmiş infrastruktur, iqlim riskləri, enerji səmərəsizliyi və hava keyfiyyəti problemlərini əsas çağırışlardır. Şəhər idarəçiliyinin modernləşdirilməsi region ölkələrinin dayanıqlılığı üçün prioritet məsələyə çevrilib. Şəhərlərin fəal iştirakı olmadan SPECA regionunun və regional əməkdaşlığın gələcəyi ilə bağlı ciddi danışmaq mümkün deyil".

Mənbə: report.az

Xəbər lenti