IMG-LOGO

Braziliya rəsmisi: "Dayanıqlı şəhər inkişafı üçün yeni maliyyələşdirmə mexanizmləri tətbiq edilir"

20 May 2026 12:54 3 baxış
IMG

Braziliyada dayanıqlı şəhər inkişafı üçün yeni maliyyələşdirmə mexanizmləri tətbiq edilir.

"Report" xəbər verir ki, bunu Braziliyanın Şəhərlər Nazirliyinin ​Şəhər və Metropoliten İnkişafının Strukturlaşdırılması üzrə Direktoru Cristiana Scorza Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

"Bu gün bizim bəzi yeni maliyyələşdirmə imkanlarımız var. Bunlar Braziliya Federal Hökumətinin başlatdığı, dayanıqlılıq və dözümlü şəhərlər xəttinə malik olan "Yeni PAC" (Böyümənin Sürətləndirilməsi Proqramı) proqramlarıdır. Bu xətt vasitəsilə biz nəqliyyatla nizamlanan şəhərsalmanı maliyyələşdirə bilirik, həmçinin bir sıra digər maliyyələşdirmə imkanlarımız da mövcuddur. ​Eyni zamanda, BNDES (Braziliya Milli İqtisadi və Sosial İnkişaf Bankı) ilə tərəfdaşlıqları inkişaf etdiririk, hazırda 21 metropolitenlə regionda tətbiq olunmaq üçün 187 layihə planı üzərində tədqiqatlar aparırıq. Bu tədqiqatlara bir il əvvəl başlanılıb və hazırda davam edir. Məqsəd bu layihələrin tətbiqinin 2054-cü ilə qədər yekunlaşdırılmasıdır", - deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti