IMG-LOGO

Braziliya nəqliyyat və şəhərsalma siyasətlərini inteqrasiya edib

20 May 2026 12:51 4 baxış
IMG

Nəqliyyat və şəhərsalma siyasətləri inteqrasiya olunmuş şəkildə inkişaf etdirilir.

"Report" xəbər verir ki, bunu Braziliyanın Şəhərlər Nazirliyinin ​Şəhər və Metropoliten İnkişafının Strukturlaşdırılması üzrə Direktoru Cristiana Scorza Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, nəqliyyat sistemi, torpaqdan istifadəni və onun planlaşdırılmasını ictimai nəqliyyat infrastrukturu ilə inteqrasiya edərək, şəhərsalma siyasəti ilə mobillik siyasətinin birgə planlaşdırılması mexanizmi kimi xidmət edə bilər: "​Biz Birləşmiş İnkişaf Bankı (BID) ilə tərəfdaşlıq çərçivəsində bir nəşr hazırladıq. Bu nəşr bəzi şəhərlərin, o cümlədən Tokionun da daxil olduğu tədqiqatlara əsaslanırdı. Bu tədqiqatlar hüquqi çərçivələr üçün bir bələdçi rolunu oynayır, həmçinin bələdiyyələrimizin mütəxəssisləri və menecerlərinin BID ilə birlikdə dərc etdiyimiz bu materiallar əsasında ixtisaslaşmasına kömək edir".

"​Burada Kuritiba şəhərinə dair bir nümunəmiz var ki, bu, Kuritiba bələdiyyəsində tətbiq etdiyimiz uğurlu bir modeldir. Bu, "Yaşıl Xətt" (Linha Verde) layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi şəhər toxuması ilə yol şəbəkəsinin kəsişməsində intensiv nəqliyyat axınından qaynaqlanan problemlərin qarşısını almaq və piyadaların təhlükəsiz hərəkətini asanlaşdırmaq idi. Bu layihədə zonalaşdırma, torpaqdan istifadə və məskunlaşmanı tənzimləyən qanun dəyişdirildi. Bu da "Yaşıl Xətt" nəqliyyat dəhlizlərinin qarışıq istifadəli xidmət zonalarına çevrilməsinə şərait yaratdı. Yəni bu, birbaşa nəqliyyata yönəlmiş şəhərsalmanın real tətbiqi idi", - deyə qonaq əlavə edib.

Mənbə: report.az

Xəbər lenti