IMG-LOGO

BMT rəsmisi: "Arkadağ və Aşqabad Türkmənistanın gələcək şəhər modeli ola bilər"

20 May 2026 14:02 3 baxış
IMG

Arkadağ və Aşqabad Türkmənistanın gələcək şəhər modeli ola bilər.

"Report" xəbər verir ki, bunu BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisinin ofis rəhbəri Maksat Keşiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə səsləndirib.

Onun sözlərinə görə, əməkdaşlığın əsas istiqamətlərindən biri şəhərsalma və siyasət çərçivələrinin gücləndirilməsidir: "Bu yanaşma Aşqabad və Arkadağ kimi şəhərlərdə özünü göstərir. Müasir mənzil fonduna, ictimai xidmətlərə və infrastruktura yönəlmiş iri investisiyalar planlı şəhər inkişafına dövlətin güclü sadiqliyini nümayiş etdirir".

O qeyd edib ki, bu şəhərlər gələcək genişlənmə mərhələsində davamlı torpaq istifadəsi, mobillik və ekoloji planlaşdırmanın inteqrasiyası üçün mühüm imkan yaradır: "İkinci prioritet institusional potensialın və məlumat əsaslı qərarvermənin gücləndirilməsidir. Bu çərçivədə urbanizasiya, mənzil və Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması istiqamətində milli və yerli potensial artırılır. Arkadağ yeni salınmış şəhər kimi başlanğıcdan "ağıllı" və davamlı həllərin tətbiqi üçün unikal imkan yaradır və gələcək şəhər inkişafı üçün modelə çevrilə bilər".

Mənbə: report.az

Xəbər lenti