IMG-LOGO

Səbinə Hacıyeva: Azərbaycan İçərişəhərə yalnız turistlər üçün məkan kimi yanaşmır

20 May 2026 13:59 4 baxış
IMG

Azərbaycan İçərişəhərə yalnız turistlər üçün məkan kimi yanaşmır, orada daimi əhali yaşayır, işləyir, həyat sürür.

"Report" xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni irsin və inklüziv şəhər rejenerasiyasının yenidən düşünülməsi" adlı müzakirədə deyib.

O, şəhər üslubunun qorunmasında Azərbaycan nümunəsinə diqqət çəkib:

"Məsələn, İçərişəhər. Biz oraya turistlər üçün məkan kimi yanaşmırıq, İçərişəhərdə daimi əhali yaşayır, işləyir, həyat sürür. Biz İçərişəhərdəki tarixi atmosferi maksimum şəkildə mühafizə edirik, çünki biz oraya Bakının ürəyi kimi yanaşırıq".

Dövlət Xidmətinin rəisi Qarabağa qayıdış və bərpa prosesinə də toxunub.

"Biz bu gün Qarabağda "ağıllı kəndlər" inşa edirik, insanların ehtiyaclarına əsasən şərait qururuq. Bu bizim üçün yeni və əsaslı təcrübədir".

Mənbə: report.az

Xəbər lenti